Almaniya İstanbulda Rusiya Ukrayna görüşündə iştirak etmək istəyir
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya hökuməti Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mayın 15-də İstanbulda (Türkiyə) keçiriləcək mümkün danışıqlarda iştirak etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius məlumat verib.
“Almaniya hökumətinin (İstanbul danışıqlarında) iştirak etmək istəyi var, hazırda bunun üzərində işləyir”, - Almaniya rəsmisi bildirib.
Kornelius əlavə edib ki, atəşkəs əldə olunmasa, İstanbulda mümkün danışıqlarda iştirakla bağlı qərar Kiyev tərəfindən verilməlidir:
“Rusiyadan Ukrayna ilə danışıqlar aparmaq üçün aydın təklif var. Ukrayna bu formada danışıqlar aparmaq üçün bu təklifi qəbul edib-etməyəcəyinə qərar verməlidir”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də mətbuat konfransında Türkiyədə Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduqlarını açıqlayıb. Putinə cavab verən Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda onu şəxsən gözləyəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















