Almaniya kansleri ABŞ nin tarif müharibəsinin Avropaya təsirini açıqlayıb
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ ilə tarif münaqişəsi həll olunmasa, Avropa iqtisadi qeyri-müəyyənliklə üzləşəcək.
525.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Çexiyanın baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında deyib.
"ABŞ və Avropa arasında bu ticarət siyasəti transatlantik bazarı gücləndirməlidir, onu zəiflətməməlidir. Əks halda, bu münaqişə, xüsusilə Atlantik okeanının hər iki sahilindəki istehlakçılar üçün indidən daha çox ziyan vuracaq. Münaqişənin belə bir həlli olmadan, tam əksinə ehtiyac duyduğumuz bir vaxtda iqtisadi qeyri-müəyyənliklə üzləşmək riskimiz var”, - Merts əlavə edib.
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Avropa İttifaqının polad, alüminium və avtomobillərinə artıq qüvvədə olan 10%-lik rüsumlara əlavə olaraq, bütün Avropa ixracatına 30% rüsum tətbiq etdiyini açıqlayıb.
Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula von der Leyen tariflərin transatlantik tədarük zəncirlərini sarsıdacağını deyib və avqustun 1-dək razılaşma əldə etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 İyul 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















