Almaniya kansleri Avropa liderləri ilə birlikdə Vaşinqtona səfər edəcək
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. "Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır", - o qeyd edib.
Eyni zamanda, Kornelius Mertsin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayıb. Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək müzakirə olunacaq: “Bura sanksiyalar təzyiqinin saxlanması da daxildir”.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcəyini təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 17 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















