Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Noyabrın 15-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, bir saata yaxın davam edən telefon söhbətində Kansler Ukrayna böhranı ilə bağlı müzakirələr aparmaq üçün Rusiyaya çağırış edib.
Olaf Şolts Vladimir Putin ilə telefon danışığından əvvəl Prezident Volodimir Zelenski ilə də telefonda danışıb və ölkəsinin müharibənin davam etdiyi müddətdə Ukraynaya dəstəyinin davam etdirəcəyini bildirib.
Kansler Olaf Şolts və Vladimir Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin oktyabrında olub.

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub AZƏRTAC
15 Noyabr 2024 19:41
Azərbaycan Prezidenti və Almaniya kansleri arasında telefon danışığı baş tutub YENİLƏNƏCƏK
09 Noyabr 2024 22:55
Kreml Putinlə Almaniya kansleri arasında telefon danışığını təsdiqlədi
15 Noyabr 2024 19:41
Almaniya kansleri Bakıya gəlir ilk dəfə
05 Noyabr 2024 21:48
Almaniya kansleri Bakıya gəlir İLK DƏFƏ
05 Noyabr 2024 20:08

