Icma.az
close
up
RU
Almaniya Kansleri Türkiyənin Ukrayna məsələsində səylərini təqdir edib

Almaniya Kansleri Türkiyənin Ukrayna məsələsində səylərini təqdir edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 7 fevral, AZƏRTAC

Almaniya Kansleri Olaf Şolts Türkiyənin Ukraynada müharibəyə son qoymaq səylərini təqdir edib.

AZƏRTAC xəbər verir ki, Almaniya hökumətinin başçısı Türkiyə mətbuatına müsahibəsində Ukraynadakı hərbi əməliyyatları “fəlakətli müharibə” adlandırıb, Ankaranın qan tökülməsinin dayandırılması istiqamətində təşəbbüslərini yüksək qiymətləndirib.

“Türkiyə hökuməti müharibəni bitirmək üçün çox səy göstərdi. Mən Ankaranın Afrika və dünyanın digər hissələrini ərzaqla təmin etməyə imkan verən Taxıl Sazişinə töhfəsini xüsusilə vacib hesab edirəm”, -deyə Kansler bildirib.

Ankaranın Avropa İttifaqı ilə münasibətlərinə toxunan O. Şolts tərəflər arasında bir çox ziddiyyətlərin aradan qaldırılması üçün şəxsən əlindən gələni etdiyini bildirib. O deyib: “Biz Prezident Rəcəb Tayyib Ərdoğanla sıx əlaqə saxlayırıq və ölkələrimizi narahat edən məsələləri tez-tez müzakirə edirik. Bu mərhələdə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşdırılması çox vacibdir. Mən bunun üçün çalışıram”.

Kansler daha sonra Almaniyada yaşayan milyonlarla etnik türkün vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Türkiyədən Almaniyaya əmək miqrantları gəlməsəydi, ölkə indiki səviyyəyə çatmazdı.

Almaniyanın bir sıra partiyalarının ikili vətəndaşlıq haqqında mövcud qanuna yenidən baxılması ilə bağlı tələblərinə toxunan Kansler vurğulayıb: “Qanunda islahatların aparılması zəruri addımdır. Bununla belə, Almaniyanın inkişafına töhfə vermək istəyən insanlara maneçilik törətmək olmaz. Miqrantların Almaniya vətəndaşlığı və Avropada qanuni yaşamaq hüququ olmalıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri