Icma.az
close
up
RU
Almaniya Kanslerinə qadınların təhlükəsizliyi ilə bağlı müraciət edilib

Almaniya Kanslerinə qadınların təhlükəsizliyi ilə bağlı müraciət edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 28 oktyabr, AZƏRTAC

Almaniyada incəsənət, elm və siyasət sahələrində fəaliyyət göstərən 50 tanınmış qadın Kansler Fridrix Mertsə müraciət edərək, qadınların təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi addımların atılmasını tələb ediblər.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, qadınlar Kansleri “qızların təhlükəsizliyi” ilə bağlı narahatlıqlarını sözlə deyil, əməli tədbirlərlə təsdiqləməyə çağırıblar. “Biz qızların, yəni qadınların təhlükəsizliyi haqqında danışmaq istəyirik. Lakin bunu ciddi şəkildə və irqçi hekayələrin əsaslandırılması üçün ucuz bəhanəyə çevrilmədən etmək istəyirik”, – deyə müraciətdə qeyd olunub.

Qadınların müraciətinin son günlər ölkənin müxtəlif şəhərlərində keçirilən “Qızlar” aksiyalarının davamı kimi ortaya çıxdığı bildirilir. “Biz elə bir ictimai məkan istəyirik ki, orada bütün insanlar özlərini rahat hiss etsinlər. Qadınlar isə həm küçədə, həm də öz evlərində təhlükəsiz yaşasınlar”, - deyə müraciətdə vurğulanıb.

Qadınların ifadə etdikləri tələblər arasında cinsi və məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, qadın sığınacaqlarının genişləndirilməsi, eləcə də yaşlı qadınlar arasında yoxsulluğa qarşı hədəfli tədbirlərin görülməsi məsələləri də yer alıb.

Xatırladaq ki, Kansler Fridrix Merts oktyabrın 14-də miqrasiya məsələsinə dair açıqlamasında şəhər mənzərəsində hələ də bu problemin mövcud olduğunu bildirmişdi. Kansler sonradan jurnalistin sualına cavabında “Əgər qızlarınız varsa, onlardan soruşun. Məncə, siz çox aydın və konkret cavab alacaqsınız”, - deyə qeyd etmişdi. Fridrix Merts başqa bir açıqlamasında isə Almaniyanın əmək bazarı üçün miqrantlara ehtiyac duyduğunu, lakin problem yaradanların daimi yaşayış icazəsi olmayan, işləməyən və qaydalara riayət etməyən şəxslər olduğunu vurğulamışdı.

Kanslerin bu açıqlamaları ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub, bəzi dairələrdə dəstək qazansa da, bir sıra şəhərlərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri