Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Almaniya kanslerliyinə namizəd Putinə 24 saat vaxt verəcəyini bildirib

Almaniya kanslerliyinə namizəd Putinə 24 saat vaxt verəcəyini bildirib

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə və Fransa Putini məğlub etmək üçün Trampla danışacaqlar.

Gununsesi.info xəbər verir ki, Almaniyada hökumət böhranı yeni seçkiləri qaçılmaz edib, Kansler Şoltsun Ukraynaya yardım və hökumətin maliyyə öhdəliklərini yerinə yetirmək üçün daxili borclanmaya getmək siyasətinə etiraz edən maliyyə naziri Kristian Linderi istefaya göndərməsindən sonra yeni seçkilərin keçirilməsi aktuallaşıb.

O cümlədən Linder həmçinin növbədənkənar seçkilərin keçirilməsini təklif edib, ancaq kansler Şolts bu təklifi qəbul etməyərək onu istefaya göndərib.

Azad Demokratlar partiyası lideri Linderlə bərabər Ədliyyə naziri Marko Buşman və təhsil-tədqiqatlar üzrə nazir Bettina Stark- Vazginer də istefa veriblər.

Hazırda Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasından (FDP) ibarət üçlü koalisiya bölünmüş durumdadır və bu şəraitdə hökumət böhranı yeni seçkiləri qaçılmaz edib.

Vurğulayaq ki, dekabrın 25-də kansler Şoltsun təşəbbüsü ilə Bundestaqda hazırkı hökumətə etimad səs verməsi keçiriləcək.

Olaf Şoltsun rəhbərlik etdiyi hökumətin bu istefalar fonunda parlamentdə etimad səsi alması çox az ehtimal olunur.

Prezident Ştanmayer isə bildirib ki, o, yeni seçkilər keçirmək barədə qərar verməyə hazırlaşır. Güman ki, martın 20-dən gec olmayaraq Almaniyada yeni seçkilər keçiriləcək.

Ən yeni seçkilər baş tutarsa, o zaman Xristian Demokratik Birlik partiyasının lideri Fridrix Merzin Xristian Demokratik platformasında birləşmiş partiyalar tərəfindən kanslerliyə vahid namizəd olacaq.

Ən maraqlısı odur ki, Merz dünən parlamentdə çıxışında kansler olarsa, Putinə Ukraynadan çıxmaq üçün 24 saat vaxt verəcəyini bildirib.

Əgər, o, bunu etməzssə, o zaman Almaniyanın 500 km vuran “Taurus” raketlərini Kiyevə verəcək və həm də onlarla Rusiyanın istənilən ərazisinə zərbə endirməyə razılıq verəcək.

Merzin bu çıxışı onu göstərir ki, Trampın gəlişindən sonra Avropada nəinki Ukraynanın müdafiəsi ilə bağlı hər hansı tərəddüd yaranmayıb, əksinə, müxalifət seçkiləri qazanacağı təqdirdə indiki hökumətin siyasətindən daha qətiyyətli bir mövqe ortaya çıxa bilər.

Almaniyanın hazırkı müdafiə naziri Boris Pistorius isə bildirib ki, Bayden hakimiyyəti dönəmində Ukrayna NATO-ya daxil olmazsa və öz ərazilərini tam azad etməzsə, bu Avropanın təhlükəsizliyini pozar və daimi konflikt riski yaradar. Onun bu çıxışı fonunda başqa maraqlı bir gəlişmə isə budur ki, Fransa prezidenti Makron və İngiltərə baş naziri Key Starmer birlikdə Trampın Ukrayna məsələsində onlarla vahid mövqedən çıxış etməyə inandırmaq üçün təşəbbüs edəcəklər.

Bu barədə məlumatı İngiltərənin “Teleqraf” nəşri yayıb.

Qeyd edək ki, ötən yazılarda Trampın Ukrayna məsələsində mövqeyinin, əslində, gözlənilənlərin əksinə olaraq daha qətiyyətli olacağı ilə bağlı fikirlərimizi paylaşmışdıq. İndi isə aydın görünür ki, onun hakimiyyətə gəlişindən sonra Avropada nəinki hər hansı tərəddüd yaranmayıb, əksinə, daha cəsarətli və qəti mövqelər ifadə olunmaqdadır.

Bu baxımdan xatırlatmaq yerinə düşər ki, iki gün öncə Kiyevə səfər edən AB xarici siyasət komissarı Jozef Borel təmsil etdiyi qurumun adiından Ukraynaya yardımların davam etdiriləcəyini bildirib.

Belə görünür ki, qarşıdakı dövrdə Avropa Trampın xüsusiyyətlərini nəzərə alaraq daha qəti mövqe seçməklə, Rusiya və Ukrayna məsələsində onunla ayaqlaşmağa çalışacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see246

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see195

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see163

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri