Almaniya klubu Bundesliqadakı rekordunu təkrarlayıb
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Almaniyanın "Borussiya" (Dortmund) klubu Bundesliqadakı rekordunu təkrarlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi bunu XXIII turun açılış matçında öz meydanında "Mayns 05"i 4:0 hesabı ilə darmadağın etdiyi matçda reallaşdırıb.
Bu qarşılaşmada dörd qol vuran komanda ardıcıl 15-ci Bundesliqa oyununda fərqlənməyi bacarıb. Bununla da "Borussiya" turnirdəki rekordunu təkrarlayıb.
Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə "Hamburq" bunu reallaşdırıbsa, 2013-cü ildə "Borussiya" Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.
Qeyd edək ki, "Borussiya" hazırda 51 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. "Arılar" lider "Bavariya"dan 3 xal geridədirlər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















