Icma.az
close
up
RU
Almaniya məcburi hərbi xidməti bərpa etmək niyyətindədir

Almaniya məcburi hərbi xidməti bərpa etmək niyyətindədir

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, CDU/CSU fraksiyasının rəhbəri Yens Şpan ümumi hərbi xidmətin bərpasına hazırlıq işlərinə başlanılmasının vacibliyini bildirib. O, “Rheinische Post” qəzetinə açıqlamasında Almaniya Silahlı Qüvvələrində (Bundesver) əlavə 60 min nəfər hesabına hərbi potensialı artırmaq məqsədilə lazımi infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb: “Bundesverdə ümumi hərbi xidmətə sürətli dönüşü mümkün edəcək struktur mütləq yaradılmalıdır”.
Y.Şpan qeyd edib ki, hazırkı qanunvericilikdə qadınlar üçün ümumi hərbi xidmət nəzərdə tutulmur. Qadınların da hərbi xidmətə cəlb olunması üçün Konstitusiya dəyişikliyinə ehtiyac olduğunu vurğulayan fraksiya rəhbəri qarşıdakı dörd il ərzində bu dəyişikliyin mümkün görünmədiyini vurğulayıb. Qeyd edək ki, Konstitusiya dəyişikliyi üçün Bundestaq və Bundesratda (əyalətlərin nümayəndələri palatası) üçdə iki səs çoxluğu tələb olunur.
Sabiq müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qadınların da ümumi hərbi xidmətə cəlb olunmasını təklif edib. O, demoqrafik dəyişikliklər fonunda heç bir qrupun istisna edilməməsinin vacibliyini vurğulayıb.
Bundestaqın hərbi məsələlər üzrə müvəkkili Henninq Otte (CDU) kifayət qədər könüllü tapılmazsa, məcburi elementlərin tətbiqinin zəruriliyini bildirib.
Koalision hökumətin ortağı Sosial Demokratlar Partiyası (SPD) isə məsələyə daha ehtiyatlı yanaşır. Partiyanın müdafiə siyasəti üzrə sözçüsü Falko Drosman Bundesverin cəlbedici və elastik xidmət imkanları ilə gənclər üçün daha cazibədar hala gətirilməsinin prioritet olduğunu qeyd edib.
Bu partiyadan olan müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hökumət hazırda yeni hərbi xidmət qanunu üzərində intensiv işləyir. Sənədin 2026-cı ilin yanvarında qüvvəyə minməsi planlaşdırılır.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 İyun 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri