Almaniya mediasının iddiası Kloze onu istəyir
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli yenidən Nürnberqə qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Germanijak" nəşri məlumat yayıb.
İddiaya görə, II Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze 28 yaşlı hücumçunu yenidən komandasında görmək istəyir. Bildirilir ki, futbolçunun almaniyalı mütəxəssislə münasibətləri olduqca yaxşıdır və bu amil transferin reallaşmasına təsir göstərə bilər. Hətta Kloze Emreli ilə bu barədə söhnət də edib.
Mahir Emreli "Nürnberq"in heyətində keçirdiyi 25 oyunda 11 qol vuraraq diqqət çəkməyi bacarmışdı.
Qeyd edək ki, "Kayzerslautern"də istədiyi qədər şans qazanmayan və işləri arzuladığı kimi getməyən Azərbaycan millisinin hücumçusu yay transfer dönəmində klubunu dəyişmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















