Almaniya mərkəzi bankı ölkənin tənəzzülə girə biləcəyini iddia edir
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bundesbank” tariflərlə bağlı xəbərdarlıq edir: Almaniya tənəzzülə girə bilər
Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti Yoahim Naqel İngiltərənin BBC yayım qurumuna verdiyi müsahibədə Avropa İttifaqının (Aİ) ABŞ-ın 2 aprel tarixində ittifaqın polad və alüminiumuna tətbiq etməyi planlaşdırdığı gömrük rüsumlarına cavab verməkdə haqlı olduğunu vurğulayıb.
Qlobal ticarət müharibəsinin bütün tərəflər üçün mənfi nəticələr doğurduğunu bildirən Naqel belə bir müharibənin ittifaqın ən böyük iqtisadiyyatı olan Almaniyanı bu il tənəzzülə sürükləyə biləcəyini qeyd edib.
Naqel, “Gömrük rüsumlarının olduğu bir dünyada yaşayırıq, buna görə də əgər bu rüsumlar həqiqətən tətbiq olunarsa, bu il iqtisadi durğunluq gözləyə bilərik”, ifadəsini işlədib.
Almaniyanın "Avropanın xəstə adamı" olduğu iddialarını rədd edən Naqel Almaniya iqtisadiyyatının təməlinin möhkəm olduğunu və ölkədə güclü şirkətlərin fəaliyyət göstərdiyini bildirib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp avtomobillər başda olmaqla Avropa İttifaqından idxal edilən digər mallara da gömrük vergiləri tətbiq etməklə hədələyib, lakin hələlik heç bir gömrük vergisi tətbiq etməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















