Almaniya millisinin sabiq futbolçusu “Araz Naxçıvan”da
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya” (Münhenqladbax), “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabryuk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Coheni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 İyun 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















