Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Almaniya hərbi arsenalını gücləndirmək məqsədilə Avropa istehsalçılarından minlərlə yüksəkdəqiqlikli uzaqmənzilli silah sistemi almağı planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Berlin Rusiyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirməyə çalışır.
Bildirilib ki, ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərinin Almaniyaya tədarükü qeyri-müəyyən müddətə təxirə salındığından ölkə alternativ silah sistemlərinə üstünlük verir.
Mənbələrin sözlərinə görə, Almaniya Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-ın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Covenant” şirkəti ilə bir milyard avrodan artıq dəyərində müqavilə bağlanması üçün danışıqlar aparırlar.
Söhbət qurudan buraxılmaq üçün nəzərdə tutulmuş minlərlə yüksək güclü “Anthem” qanadlı raketinin alınmasından gedir.
Müqavilənin yekunlaşdırılması və tədarükün başlanma tarixi barədə hələlik məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Oktyabr 2026 05:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















