Almaniya Müdafiə Nazirliyində 111 milyard avroluq müəmma
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya Müdafiə Nazirliyi 2022-ci ildən ölkə Silahlı Qüvvələrinin ehtiyacları üçün ayrılan 111 milyard avronun necə xərcləndiyini izah edə bilməyib.
"Report" xəbər verir ki, bu barədə "Berliner Zeitung" (BZ) qəzeti məlumat verib.
Belə ki, 27 apreldə nazirlikdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri 2022-ci ildən bəri alınan hərbi texnikanın nə qədərinin Almaniya Silahlı Qüvvələri tərəfindən qəbul edildiyini və 1 aprel 2026-cı ilə qədər istifadəyə hazır olduğunu soruşub.
Mətbuat katibi Natali Yenninq konkret məlumat verə bilməyib və bu cür mühasibat cədvəllərinin aparılmasını bürokratik baxımdan mənasız vaxt itkisi adlandırıb.
Öz növbəsində Bundestaq üzvü Ditmar Barç vəziyyətdən qəzəbləndiyini və Almaniya vergi ödəyicilərinin vəsaitlərinin potensial "yox olması" ilə bağlı narahatlığını bildirib.
Qəzet xatırladıb ki, 2022-ci ildə Almaniyanın keçmiş kansleri Olaf Şolts ölkənin silahlı qüvvələri üçün 100 milyard avroluq xüsusi fondun yaradıldığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 03 May 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















