Icma.az
close
up
RU
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 9 iyul, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rutte Almaniyanın Alyansa üzv olmasının 70 illik yubileyi münasibətilə Berlinə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Almaniya Kansleri Fridrix Merts və Baş katib Mark Ruttenin görüşü olub.

Görüşdə Avratlantik məkanda təhlükəsizlik siyasəti ilə bağlı məsələlər və Alyansın qarşısında duran aktual çağırışlar müzakirə olunub.

Fridrix Merts görüşdən sonra mətbuata bəyanatında NATO-nun iki həftə əvvəl Haaqada keçirilmiş Sammitində qəbul olunan qərarların icrası istiqamətində Almaniyanın mühüm addımlar atdığını vurğulayaraq deyib: “Bundesveri elə bir orduya çevirəcəyik ki, Alyans daxilində nümunəvi xarakter daşısın. Bunun üçün geniş miqyasda yeni texnika alacağıq və bu zaman xüsusilə yeni texnologiyalara diqqət yetirəcəyik. Müdafiə Nazirliyi bu işi artıq tam gücü ilə həyata keçirməkdədir. Biz böyük satınalmaları elə həyata keçirəcəyik ki, Almaniya və Avropanın müdafiə sənayesi də bundan faydalansın. Bu işdə Avropadakı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində işləyəcəyik ki, daha yaxşı və birlikdə satınalmalar həyata keçirə bilək”.

Görüşdə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin birgə səylərlə gücləndirilməsini də müzakirə etdiklərini vurğulayan Kansler Almaniyanın bu istiqamətdə əhəmiyyətli dəstəyini davam etdirəcəyini vurğulayıb.

Mark Rutte isə çıxışında Almaniyanın hərbi xərclərinin 2029-cu ilədək ÜDM-in 3,5 faizinə çatdırmaq niyyətini məmnunluqla qeyd edib. “Bu o deməkdir ki, Almaniya müdafiə xərclərini cəmi bir neçə il ərzində iki dəfədən çox - təxminən 70 milyard avrodan 150 milyard avroya qədər artıracaq. Bizim məhz bu cür qətiyyətə ehtiyacımız var. Avropanın aparıcı güclərindən biri olaraq Almaniyanın ortaq təhlükəsizliyimiz üçün öz payına düşəni üzərinə götürməsi həm düzgündür, həm də alqışalayiqdir”, - deyə Baş katib bildirib.

Alyansın yeni hədəflərinin həm NATO, həm də Bundesver üçün mühüm mərhələ olduğunu deyən M.Rutte onların yerinə yetirilməsinin Almaniyanın Silahlı Qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artıracağını qeyd edib. O bildirib ki, Almaniyanın mövcud töhfələri bu gün ortaq təhlükəsizlik üçün həyati əhəmiyyətə malikdir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri