Almaniya mülki müdafiə sisteminin modernləşdirilməsinə 10 milyard avro ayırır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 20 may, AZƏRTAC
Almaniya hökuməti Avropada dəyişən təhlükəsizlik mühiti və artan risklər fonunda ölkənin mülki müdafiə sisteminin genişmiqyaslı modernləşdirilməsinə başlayır.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi “Mülki Müdafiə Paktı” çərçivəsində 2029-cu ilədək bu sahəyə ümumilikdə 10 milyard avro sərmayə yatırılması nəzərdə tutulur. Sənəddə Rusiya-Ukrayna müharibəsi, təbii fəlakət risklərinin və hibrid hücumların artması Almaniya və Avropa üçün əsas təhlükələr kimi göstərilib. Yeni konsepsiya mülki müdafiə və əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində federal hökumət, əyalətlər və bələdiyyələr arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Mülki Müdafiə Komandanlığı təsis olunacaq, vahid rəqəmsal məlumatlandırma sistemi yaradılacaq.
Pakt çərçivəsində könüllü xilasetmə xidmətləri üçün müasir avadanlığın alınması, xəbərdarlıq və rabitə sistemlərinin yenilənməsi, Texniki yardım idarəsinin (THW) gücləndirilməsi, içməli su və fövqəladə enerji təminatının yaxşılaşdırılması planlaşdırılır. Hökumət, həmçinin NINA xəbərdarlıq tətbiqinin təkmilləşdirilməsi və ölkə üzrə həyəcan siqnalı şəbəkəsinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ildən etibarən həyəcan siqnalının mərkəzləşdirilmiş qaydada idarə edilməsi mümkün olacaq.
Yeni strategiyada maarifləndirmə tədbirləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, mülki müdafiə mövzularının tədris proqramlarına daxil edilməsi və fövqəladə hallar üzrə vahid milli təlim standartlarının hazırlanması nəzərdə tutulur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 May 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















