Icma.az
close
up
RU
Almaniya ordusunda casusluq və təxribat cəhdləri artıb

Almaniya ordusunda casusluq və təxribat cəhdləri artıb

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün təhlükə səviyyəsi son illərin ən yüksək həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, Bundesverin Hərbi Kəşfiyyat Xidməti açıqladığı hesabatda casusluq və təxribat cəhdlərinin xeyli artdığını, xüsusilə Rusiya mənbələrindən təhlükənin gücləndiyini bildirib. Hesabatda xarici kəşfiyyat xidmətlərinin mövcud bütün vasitələrdən istifadə edərək məlumat toplamaq, təsir göstərmək, dezinformasiya yaymaq və öz ölkələrinin maraqlarını qorumaq üçün fəaliyyət göstərdiyi qeyd olunub. Hətta bəzi xarici kəşfiyyat xidmətlərinin qətl və ya oğurluq əməliyyatlarından belə çəkinmədikləri barədə xəbərdarlıq edilib.

Qurumun casusluğa qarşı müdafiə şöbəsi illərdir ən yüksək şübhəli hadisələr səviyyəsini qeydə alıb. Rusiya və Çin əsas təhlükə mənbələri kimi qiymətləndirilib. Qeyd olunub ki, hibrid əməliyyatlar artıq daimi gündəmdədir.

Hesabatda ordu sıralarında sağçı ekstremizm hallarının da artmaqda olduğu bildirilir. Qeyd edilib ki, bununla əlaqədar keçən il rekord sayda - təxminən 68 min təhlükəsizlik yoxlaması aparılıb. Ötən il bu sahədə yeni hadisələrin sayı 34 faiz artaraq 413-ə çatıb. Bu rəqəm 2023-cü ildə 308 olub. “İmperiya vətəndaşları” (Reichsbürger) qrupu və sol ekstremizm əlaqələri ilə bağlı halların azaldığı bildirilib. Beynəlxalqyönümlü ekstremizm, xüsusilə Ukrayna müharibəsi ilə bağlı halların isə sabit qaldığı vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri