Almaniya prezidenti Özbəkistana səfər edib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer həyat yoldaşı ilə birlikdə Özbəkistana səfərə gəlib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında yüksək vəzifəli qonağı Özbəkistan Respublikası Baş nazirinin müavini Açilboy Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər proqramına uyğun olaraq, iki dövlət başçıları arasında dar və geniş tərkibdə danışıqlar aparılacaq. Çoxşaxəli Özbəkistan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Tərəflər ticarət, sənaye əməkdaşlığı, enerji və "yaşıl" texnologiyalar, nəqliyyat və logistika, əczaçılıq və kimya sənayesi, kənd təsərrüfatı sahələrində praktik əməkdaşlığın genişləndirilməsinə, təhsil və humanitar mübadilələrin intensivləşdirilməsinə xüsusi diqqət yetirəcəklər.
Beynəlxalq və regional əhəmiyyətli aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Danışıqlar çərçivəsində bir sıra yeni birgə layihə və proqramların həyata keçirilməsi planlaşdırılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Kobaxidze Özbəkistana səfər edib
04 Mart 2025 12:06
İlqar Rəhimov Özbəkistana səfər edib
19 May 2025 19:26
Sahibə Qafarova Özbəkistana səfər edib
30 İyun 2025 14:29
Zakir Həsənov Özbəkistana səfər edib
20 Oktyabr 2025 18:52
Özbəkistana səfər uğurlu oldu
11 Aprel 2025 12:55
Baxış sayı:159
Bu xəbər 17 İyun 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















