Almaniya Prezidenti sabah Azərbaycana gəlir KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer sabah Azərbaycana gəlir.
KONKRET.az xəbər verir ki, o, hazırda Ermənistanda səfərdədir.
Ştaynmayer xanımı Elke Büdenbender ilə birlikdə İrəvana gedib, ardınca ölkəmizə səfər edəcək.
Almaniya Prezidentinin regiona ilk səfəri aprelin 2-dək davam edəcək.
Ştaynmayer İrəvanda Ermənistan Prezidenti Vahaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. O, həmçinin “TUMO” İT tədris mərkəzinə baş çəkəcək və mədəni qəbulda iştirak edəcək. Prezident Ermənistanda ikinci günündə Dilicana səfər edəcək, həmçinin Göyçə gölünə baş çəkəcək.
P, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 31 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















