Icma.az
close
up
RU
Almaniya qırıcıları Belarus sərhədində...

Almaniya qırıcıları Belarus sərhədində...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO dəfələrlə Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. NATO-nun öz sərhədlərinə yaxınlaşmasını qəbul etməyən rəsmi Moskva bu tipli hərbi təlimləri də qəbulolunmaz hesab edir. Bu dəfə isə alyans üzvləri Rusiyanın ən yaxın müttəfiqinin - Belarusun sərhədlərinə yaxınlaşır. Belə ki, Almaniya ilk dəfə olaraq “Eurofighter Typhoon” tipli döyüş təyyarələrini Polşaya yerləşdirib. Bu barədə Polşa Ordu Komandanlığı avqustun 4-də “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, NATO-nun kollektiv müdafiə çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd “Eurofighter EF-2000 Typhoon” qırıcı təyyarəsi yaxın həftələrdə Minsk Mazovetski şəhərindəki 23-cü Taktiki Hava Bazasında yerləşdiriləcək.

Təyyarələr alyansın Şərq cinahını qoruyacaq

Təyyarələr alyansın şərq cinahında hava hücumundan müdafiə əməliyyatlarını dəstəkləyəcək. Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) DPA agentliyinə bildirib ki, avqustun 5-dən etibarən Varşavanın şərqindəki aerodromda yerləşdirilən qırıcılar burada bir aydan az qalacaqlar. Onlara xidmət göstərmək üçün təxminən 150 nəfərlik Bundesver hərbçisi də əraziyə ezam olunacaq. Qurumun məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələri hələ apreldən etibarən Polşanın hava məkanının qorunmasına yardım edir. Daha əvvəl alman qırıcıları Rostok yaxınlığındakı aerodromdan uçuşlar həyata keçirirdi. Polşa tərəfi onların yenidən Minsk Mazovetskiyə yerləşdirilməsini xahiş edib.

Qeyd edək ki, Minsk Mazovetski yaxınlığındakı aviabaza Belarusla sərhəddən 100 km, Ukrayna ilə sərhəddən isə 160 km məsafədə yerləşir. Polşa Hərbi Hava Qüvvələri bu bölgədən Rusiyanın Ukraynanın qərb hissəsinə endirdiyi hücumlara cavab olaraq bir neçə dəfə qırıcılarla havaya qalxıb. “Luftwaffe” sözçüsü Almaniyanın “Bild” qəzetinə açıqlamasında bildirib ki, alman qırıcılarının Polşaya göndərilməsi ilk dəfədir ki, baş verir. Almaniya Müdafiə Nazirliyi isə nəşrə açıqlamasında qeyd edib ki, qırıcılar Polşa hava məkanının mümkün pozulması hallarına dərhal reaksiya vermək imkanına malik olacaq. “Bild”in məlumatına görə, onlar ən azı sentyabrın 3-dək Polşada qalacaqlar.

Avropa ölkələri müdafiə tədbirlərini artırır

Məlumdur ki, müharibə başlayandan NATO ölkələri Kiyevə milyardlarla dollar həcmində hərbi yardımlar göstərir. Bununla belə, alyans Ukraynaya qoşun göndərməkdən çəkinir. Çünki bu, birbaşa onun Rusiya ilə müharibəyə cəlb olunmasına gətirib çıxaracaq. Amma Moskva Kiyevə hərbi yardımların edilməsini NATO-nun faktiki olaraq münaqişəyə qoşulması kimi dəyərləndirir. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra  Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çalışsa da, heç bir nəticə əldə edə bilmir. Ona görə də, Avropa ölkələri Ukraynaya dəstək üçün yeni imkanlar axtarışındadırlar. 

Avropa ölkələri Rusiyanın Ukraynaya hərbi təcavüzünü özləri üçün də təhdid sayırlar. Bu səbəbdən, Ukraynaya dəstəklə yanaşı öz hərbi güclərinin artırılmasını hədəfləyirlər. Məsələn, Almaniya Silahlı Qüvvələri ölkənin “Rheinmetall” müdafiə konserninə ümumi dəyəri təqribən 770 milyon avro olan 1000-dən çox logistika nəqliyyat vasitəsinin tədarükü üzrə sifariş verib. Bununla bağlı şirkətin bəyanatında bildirilib ki, sifariş dəyişdirilə bilən gövdəyə malik 963 maşını və 425 qorunmayan nəqliyyat vasitəsini (UTF) əhatə edir. Sifariş edilən 1,4 minə yaxın nəqliyyat vasitəsinin tədarükü bu ilin sonuna qədər həyata keçiriləcək.

Niderland isə Ukraynaya “Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla, 500 milyon avro dəyərində ABŞ silahları verəcək. Bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib: “Ukraynanın təcili olaraq əlavə hava hücumundan müdafiə sisteminə və döyüş sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində ABŞ silahlarını (“Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla) təqdim edən ilk NATO ölkəsi oldu”. R. Brekelmansın sözlərinə görə, silahların tədarükü Ukraynaya təkcə ölkənin deyil, bütün Avropanın təhlükəsizliyini təmin etməyə kömək edəcək.

“Rusiya ilə NATO-nun birbaşa hərbi toqquşması real görünmür”

Mövcud vəziyyət, Almaniyanın Polşada hərbi təyyarələrini yerləşdirməsi Şərqi Avropanın müharibə təhlükəsi ilə üz-üzə qalmasının göstəricisi ola bilərmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, atəşkəs təkliflərinə baxmayaraq Ukraynada müharibə şiddətlənir və Rusiyanın hücumları artır. Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər  Ukraynaya həm humanitar, həm də silah yardımı göstərir: “Alyansa daxil olan bir sıra ölkələr Ukraynaya hərbi dəstəyini artırır, bu ölkəyə müasir silahlar verir. Buraya hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr də daxildir. Doğrudur, NATO açıq şəkildə müharibəyə qoşulmayıb, amma üzv dövlətlər Ukrayna ilə əməkdaşlıq çərçivəsində hərbi dəstək göstərirlər. NATO təşkilat olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, işğalı pislədiyini birmənalı şəkildə bəyan edib.  Alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu iki dəfə artırıb. İspaniya, Hollandiya, Danimarka da hərbi varlığını gücləndirmək üçün addımlar atır. Yəni, gərginlik fonunda Şimali Atlantika Alyansı Şərqi Avropada mövcudluğunu gücləndirib”.

Bununla belə, ekspert hesab edir ki, Almaniyanın Belarusla sərhədlərin yaxınlığına qırıcılar yerləşdirməsi müharibənin gedişinə təsir göstərməyəcək. Bu addım, sadəcə, NATO-nun ənənəvi müdafiə xarakterli addımıdır. Nəzərə almaq lazımdır ki, Almaniyanın qırıcıları Polşa ərazisində təxminən bir ay qalacaq. “Əgər potensial hücum təhlükəsi yaranarsa, əlbəttə, hansısa addımlar atıla bilər. Amma hazırda nə NATO, nə də Rusiya birbaşa hərbi toqquşmaya getmək niyyətində deyil”,-deyə ekspert vurğulayıb.  

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri