Almaniya Rusiyanın bank hesabından 720 milyon avro müsadirə etməyi planlaşdırır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Frankfurt şəhərindəki Ali Torpaq Məhkəməsi Rusiyanın bank hesabında saxlanılan 720 milyon avronun müsadirəsi ilə bağlı iş açıb.
APA xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müsadirə proseduru Ukrayna münaqişəsinin başlanmasından sonra dondurulmuş vəsaitlərin istifadəsinə qoyulan qadağaların pozulması ehtimalı ilə bağlıdır.
Qeyd olunur ki, 720 milyon avro Rusiya kredit təşkilatının Frankfurtdakı bank hesabındakı qalıq vəsaitdir. Hələlik vəsait müsadirə edilməyib, lakin məhkəmə işin nəticəsindən asılı olaraq bunu həyata keçirə bilər.
İş üzrə əsas iclasın tarixi hələ müəyyən olunmayıb.
Baxış sayı:67
Bu xəbər 17 Oktyabr 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















