“Almaniya Rusiyanın revanşizm ittihamlarını rədd edir“ XİN rəhbəri
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Berlin Ukraynaya dəstəyin tarixin təhrif edilməsi ilə əlaqələndirilməsini qəbuledilməz sayır..."
Almaniya xarici işlər naziri Yohann Vadeful Berlinin Ukraynaya dəstəyi fonunda Rusiyanın səsləndirdiyi revanşizm ittihamlarını qətiyyətlə rədd edib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nazir bildirib ki, Almaniya nasist rejimindən azad olunmanın tarixi faktlarını, o cümlədən SSRİ vətəndaşlarının, o cümlədən onarın arasında ukraynalıların da verdiyi qurbanları heç vaxt şübhə altına almır. Vadefulun sözlərinə görə, Moskvanın ittihamları "diqqəti yayındırmaq üçün ucuz cəhddir".
Keçmiş unudulmur, amma bugünkü cinayətlərə susqunluq olmayacaq
Nazir vurğulayıb ki, Almaniyanın öz tarixi ilə bağlı tənqidi düşüncə problemi yoxdur. "Biz bilirik ki, nasist rejimindən azad olunmuşuq və bu, Sovet İttifaqında, o cümlədən Ukraynadan olan qurbanlar hesabına baş verib. Bu tarixi həqiqət Almaniyada mübahisə mövzusu deyil", - Vadeful qeyd edib. Bununla yanaşı, o, əlavə edib ki, Berlin müasir Rusiyanın cinayət xarakterli addımlarını açıq və birmənalı şəkildə pisləməkdən imtina etməyəcək.
Sülh perspektivi və Moskvanın hədələri
Bundesverin müharibədən sonra Ukraynada sülhün təmin olunmasında mümkün iştirakı barədə danışan Vadeful bildirib ki, Rusiya istəsə, indi "dayanıqlı sülh nizamı" üçün zəmin yarada bilər. "Biz bu dəhşətli müharibənin nəhayət başa çatması üçün konstruktiv çalışırıq. Təəssüf ki, hazırda Rusiyadan yalnız destruktiv addımlar görürük", - o, vurğulayıb.
Yeni Zelandiya xarici işlər naziri Uinston Piters də Almaniyanın mövqeyini dəstəkləyərək ərazi bütövlüyünün beynəlxalq sistemin əsas prinsipi olduğunu bildirib. Bu arada Moskva yenidən Ukraynada yerləşdirilə biləcək xarici kontingentlərə, o cümlədən Almaniya hərbçilərinə qarşı hərbi zərbələr endirilə biləcəyi ilə hədələyib və onları "Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Fevral 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















