Almaniya Rusiyaya qarşı müharibə üçün məxfi plan hazırlayıb
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, yüksək rütbəli alman zabitləri Rusiya ilə müharibə ehtimalına qarşı məxfi plan hazırlayıblar. 1200 səhifəlik sənəddə Almaniya və ABŞ da daxil olmaqla, NATO alyansının təxminən 800 000 nəfər əsgərinin şərqdəki cəbhə xəttlərinə yerləşdirilməsi, təchizat yolları və karvanların qorunması planları təsvir olunur.
Planın məqsədi potensial düşməni xəbərdar etmək və hücumun faydasız olacağını nümayiş etdirməkdir. Almaniyanın "Rheinmetall" silah istehsalçısı şirkəti payız təlimləri zamanı 500 əsgər üçün kazarma, mətbəx, yanacaqdoldurma məntəqəsi və müşahidə sistemi ilə təchiz olunmuş səhra düşərgəsi tikərkən logistika və infrastruktur problemlərini aşkara çıxarıb. Almaniya müdafiə nazirinin müavini Nils Şmid bildirib ki, sənədin müəllifləri planın həyata keçirilməsi üçün mentalitetdə dəyişik olmasının, qanunların sadələşdirilməsinin və soyuq müharibə təcrübəsi olan təqaüdçülərin geri qayıtmasının tələb olunduğunu qeyd ediblər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















