Almaniya sanksiyalara sadiq qalacağını açıqlayıb
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Trampın Rusiya ilə razılaşmasına baxmayaraq sanksiyalara sadiq qalacağını açıqlayıb.
Banco.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius açıqlamasında Berlinin Vaşinqtonun Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı qərarını qeydə aldığını bildirib. O, “Federal hökumət Rusiyaya qarşı sanksiyalara sadiq qalır və avropalı tərəfdaşları ilə yeni sanksiya paketləri üzərində işləyir” deyib.
Kornelius Almaniyanın Ukraynaya dəstəyinin dəyişməz qalacağını vurğulayıb.
Bununla yanaşı, Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin sözçüsü də Berlinin Avropa İttifaqının (Aİ) sanksiyalarını tam dəstəklədiyini bir daha bəyan edib.
Rusiya neftinin 2023-cü ildən bəri sanksiyalar siyahısında olduğunu xatırladan sözçü bildirib: “Almaniya həmin vaxtdan bəri Rusiyadan neft idxal etmir. Tədarük mənbələrimizi şaxələndirmişik və Rusiya neftindən asılı deyilik. Enerji təchizatımızın təhlükəsizliyi təmin olunub”.
Oktyabrın əvvəlində Kiyevə səfər edən Almaniya kansleri Fridrix Merts də Ukraynaya göstərilən yardımın azaldılmayacağını təsdiqləyib.
Digər tərəfdən, Almaniya Yanacaq və Enerji Birliyi sözügedən razılaşmanın Almaniyadakı yanacaqdoldurma məntəqələrindəki qiymətlərə ciddi təsir göstərəcəyini gözləmədiklərini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















