Almaniya səfiri Sumqayıta səfər edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, İH-nin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.
Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.
Zakir Fərəcov əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyətini qeyd edib.
Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke isə Sumqayıta səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın və Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















