Icma.az
close
up
RU
Almaniya siyasətində dönüş: “Alman Tramp” ölkəni necə dəyişəcək? KONKRET

Almaniya siyasətində dönüş: “Alman Tramp” ölkəni necə dəyişəcək? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Almaniyada federal seçkilərinin nəticələrinə görə Olaf Şoltsun Sosial Demokratlar Partiyası məğlub olub. 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqının lideri Fridrix Merts yeni kansler olacaq. “Alman Tramp” adlandırılan Merts sərt proqramları ilə seçilir, xüsusilə miqrantlara qarşı sərt addımları ilə tanınır.

KONKRET.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı bildirib ki, Merts Ukraynaya dəstəyi ilə tanınır:

“Lakin seçkidən öncə, Tramp-Putin danışıqlarından sonra onun “Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün ciddi cəhdlər göstərməli olacağı” haqda dedikləri diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir, lakin Mertsin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırki prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir. Seçkilərdə əsas diqqətçəkən məqam isə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə rekord səs (20 faiz) qazanaraq, ikinciliyə yüksəlməsidir. Dörd il əvvəl AfD cəmi 9,7 faiz səs toplamışdı. CDU/CSU daha az səs toplayan digər partiyalarla koalisiyaya gedərək, AfD-nin hakimiyyətdə təmsil olunmasına imkan verməyəcək. Lakin ifrat sağçıların yüksəlişi Almaniya siyasətində dönüş nöqtələrindən biri ola bilər. Və bu nəticə digər Avropa ölkələrindəki ifrat sağçıların da yüksəlişini stimullaşdıra biləcək amillərdəndir. Bu yüksəliş Avropa İttifaqının gələcəyini, ümumilikdə Avropanın güc mərkəzi olmaq strategiyasını da təhlükə altına atır. Trampın hakimiyyətə gəlişi fonunda Avropada ifrat sağın yüksələcəyi gözləntiləri özünü doğruldur. Bu, Trampın – respublikaçıların Avropanı qeyri-ənənəvi metodlarla nəzarətdə saxlamaq siyasətidir”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri