Icma.az
close
up
RU
Almaniya tank və zirehli texnikanın sayını iki dəfə artırır

Almaniya tank və zirehli texnikanın sayını iki dəfə artırır

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


İran və İsrail arasında gərginliyin, xüsusən də Rusiya-Ukrayna müharibəsi və qlobal münaqişə riskinin artması ölkələri müdafiə siyasətlərini yenidən nəzərdən keçirməyə məcbur edib.
Reyting.az
bildirir ki, bu prosesin ən parlaq nümunələrindən biri Almaniyada baş verir.
Ağır itkilər verdiyi II Dünya Müharibəsindən sonra uzun müddət silahlı qüvvələrini arxa planda saxlayan Almaniya, son hadisələr fonunda ordusuna tarixi bir sərmayə qoymağa qərar verib. Almaniya hökuməti silahlı qüvvələrinin gücünü artırmaq üçün inventarına yüzlərlə tank və zirehli texnika əlavə etməyə hazırlaşır.
“Handelsblatt” qəzetinin yazdığına görə, Rusiyanın Ukraynaya hücumlarından sonra Şərqi Avropada təhlükəsizlik təhdidini yenidən qiymətləndirən Almaniya təxminən 1000 ədəd “Boxer” zirehli döyüş maşını və personal daşıyıcısı, 600 ədəd yeni nəsil “Leopard” 2A8 tankı və çoxsaylı “Puma” zirehli döyüş maşını alacaq.
Müdafiə ekspertləri deyirlər ki, Almaniyanın bu addımı “Soyuq Müharibə” bitdikdən sonra onun ən böyük silahlanma proqramıdır.
Alman ordusu hazırda 313 əsas döyüş tankına malikdir. Hazırkı tank donanması 104 ədəd “Leopard 2A7V” tankı daxil olmaqla 209 ədəd “Leopard 2A5 və 2A6” tankından ibarətdir. Alman ordusunun həmçinin təxminən 680 zirehli döyüş maşını və 690 zirehli personal daşıyıcısı var. Bununla belə, ekspertlər hesab edirlər ki, Şərqi Avropada yüksək intensivlikli münaqişə ilə mübarizə aparmaq üçün indiki qüvvələr yetərli deyil.
Yeni investisiyanın alman ordusunun tank tutumunu iki dəfə artıracağı, çəkindirmə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyi vurğulanır.
Yeni alınan “Leopard 2A8” tankları İsrail istehsalı olan “Trophy” aktiv mühafizə sistemi, qabaqcıl termal təsvir texnologiyaları və rəqəmsal döyüş idarəetməsi kimi təkmil xüsusiyyətlərə malikdir. Onların əsas üstünlüyü ondan ibarətdir ki, qabaqcıl rəqəmsal şəbəkə imkanları sahə kommunikasiyalarını və əməliyyat səmərəliliyini artıracaq.
Bu arada Berlin müdafiə büdcəsini Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə çatdırmağa hazırlaşır. Bu addım NATO-nun son sammitində qəbul edilmiş qərarlara uyğundur.
Alman ordusu Litvadakı daimi bazası ilə artıq Şərqi Avropadakı hərbi varlığını artırıb. Bununla belə, Almaniya bu son addımları ilə Avropada mümkün münaqişə riskinə qarşı daha effektiv və çevik şəkildə hazır olmağı hədəfləyir.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri