Almaniya tarixinini ən uzunmüddətli böhranını yaşayır
Icma.az bildirir, Modern.az portalına istinadən.
Almaniya Federativ Respublikası yarandığı gündən bəri ən uzunmüddətli böhran dövrünü yaşayır.
Modern.az xəbər verir ki, bunu Almaniya İşəgötürənlər Assosiasiyasının rəhbəri Rayner Dulger DPA-ya müsahibəsində bildirib.
"Almaniyaya qətiyyətli bir sıçrayış lazımdır, əks halda, uzunmüddətli böhran təhlükəsi var... Biz Federativ Respublika yarandığı vaxtdan bəri ən uzun sürən böhranın içindəyik", - deyə o qeyd edib.
Dulger ölkədə bürokratiyanın azaldılmasına çağırıb. O, əmindir ki, bu, vətəndaşlara inkişaf üçün daha çox azadlıq verəcək.
Onun fikrincə, xarici siyasət böhranları daxili islahatları daha zəruri edir. O, kansler Fridrix Mertsə müraciət edərək bildirib ki, iqtisadi artım olmadan effektiv xarici siyasət mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















