Icma.az
close
up
RU
Almaniya: Tramp Ukraynadakı vəziyyətin həllində mühüm rol oynaya bilər

Almaniya: Tramp Ukraynadakı vəziyyətin həllində mühüm rol oynaya bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatmasında mühüm rol oynaya bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Bundestaqın (Almaniya parlamenti) deputatı, Almaniya üçün Alternativ (AfD) fraksiyasının xarici siyasət üzrə eksperti Şteffen Kotre bildirib.

“Trampın Ukraynadakı müharibəni bitirmək vədini yerinə yetirəcəyinə ümid var”, - deyə Kotre bildirib.

Onun sözlərinə görə, “bu münaqişəni alovlandıran” ABŞ olub. “Tramp fərqli xarici siyasət görüşünə malik insandır və buna görə də bu münaqişənin sona çatmasında əsas rol oynaya bilər”, - deyə deputat vurğulayıb.

Ümumilikdə Kotre Trampın Ağ Evə qayıtmasını “müsbət əlamət” adlandırıb. “Bir tərəfdən ABŞ-ın yeni tələbləri ilə qarşılaşacağıq. Bununla belə, digər tərəfdən avropalıları və xüsusən də biz almanları indi öz müdafiəmizi və digər məsələləri öz əlimizə almağa təşviq etmək olar”, - deyə o qeyd edib.

Bundan əvvəl “The Wall Street Journal” Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində dayandırmağı tapşırdığını yazmışdı. Nəşrin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinlə sövdələşmənin aparılması Trampın seçki kampaniyası zamanı dövlət başçısı kimi münaqişəyə son qoyacağını dediyi zaman təqdim etdiyindən qat-qat çətin olacaq.

Yanvarın 21-də Tramp Kiyevə Amerika silahlarının tədarükünün tamamilə dayandırılması ehtimalını istisna etməyib, həmçinin Rusiya prezidenti ilə onun üçün əlverişli olan “istənilən vaxt” görüşməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, ABŞ-ın yeni lideri Rusiya Ukrayna ilə bağlı razılığa gəlmədiyi təqdirdə ona qarşı sanksiyaların sərtləşdiriləcəyi barədə xəbərdarlıq edib.

Yanvarın 20-də Putin qeyd edib ki, Moskva Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır, ən əsası böhranın əsas səbəblərini aradan qaldırmaqdır. O, təsdiqləyib ki, Rusiya Tramp və komandasının təmasları bərpa etmək istəyi, həmçinin üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti barədə bəyanatlarını nəzərə alır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri