Almaniya Ukraynaya bu sistemləri təhvil verdi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yardım üzrə Əlaqə Qrupunun 32-ci iclasının açılışında bildirib.
Bakupost.az xəbər verir ki, nazirin sözlərinə görə, avqust ayında vəd edilən iki “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya çatdırılıb. Bu tədarük Norveç tərəfdaşları ilə əməkdaşlıq sayəsində mümkün olub. Bundan əlavə, Almaniya doqquzuncu “IRIS-T” sistemini də Kiyevə təhvil verib.
Boris Pistorius vurğulayıb ki, Berlin Ukraynanın HHM potensialının artırılmasını davam etdirəcək. Onun sözlərinə görə, 2026-cı ildə Almaniya öz ehtiyatlarından xeyli sayda AIM-9 “Sidewinder” raketini Ukraynaya verməyi planlaşdırır. Bu raketlər ölkənin hava məkanının qorunmasını daha da gücləndirmək məqsədi daşıyır.
Almaniya tərəfi qeyd edir ki, bu addımlar Ukraynanın hava hücumlarına qarşı müdafiəsini möhkəmləndirməklə yanaşı, Avropanın ümumi təhlükəsizliyinə də töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 16 Dekabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















