Almaniya Ukraynaya daha 30 milyon avro ayıracaq
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro ayırmaq qərarı vermişik”
Almaniya Ukraynaya daha 30 milyon avro humanitar yardım verəcək. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro ayırmaq qərarı vermişik. İkitərəfli əsasda humanitar yardım üçün daha 30 milyon avro ayıracağıq”, - deyə Berbok bildirib.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün vəsait ayırıb və gələcək xərclərə təxminən 28 milyard avro ayırmağı öhdəsinə götürüb. 2025-ci ilin büdcəsi ilə bağlı razılaşmaya uyğun olaraq, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Lakin büdcə hələ Bundestaq tərəfindən təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Dekabr 2024 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















