Almaniya uyğun vaxtda Ukraynaya qoşun göndərmək barədə qərar verəcək
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Almaniya kansleri Fridrix Merz bildirib ki, çərçivə şərtləri dəqiqləşdikdən sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı qərar verəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Merz bu gün "İstəklilər Koalisiyası"nın Zirvə Toplantısına onlayn qatılıb.
O, Rusiya ilə danışıqların nəticəsindən sonra avropalıların Ukraynaya güclü təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu və ölkəsinin də buna töhfə verəcəyini bəyan edib.
"Çərçivə şərtləri dəqiqləşdirildikdən sonra Almaniya qoşunların yerləşdirilməsinə vaxtı gələndə qərar verəcək. Bura ABŞ-nin potensial hərbi müdaxiləsinin əhatə dairəsi və danışıqlar prosesinin nəticəsi daxildir", - Merz əlavə edib.
Merz qoşunların göndərilməsi ilə bağlı qərarın Federal Məclis tərəfindən verilə biləcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Sentyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















