Almaniya və Avstriya Serb Respublikası prezidentinin ölkəyə girişini qadağan edəcək
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya və Avstriya Serb Respublikasının Prezidenti Milorad Dodik və daha iki siyasətçinin ölkələrinə girişini qadağan edəcək.
“Gununsesi.info xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lührmann bəyanatlarında bildiriblər.
“Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniyanın Avropa və İqlim məsələləri üzrə dövlət naziri Anna Lührmann Sarayevoda birgə görüşdə Bosniya və Herseqovinadakı vəziyyəti müzakirə ediblər”, – mətndə deyilir.
Qeyd olunub ki, Bosniya və Herseqovinada konstitusiya böhranına xüsusi diqqət yetirilib. Maynl-Rayzinger və Lührmann konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görülməsi ilə razılaşırlar.
Maynl-Raynzinger və Lührmann sözlərinə görə, Dodik qırmızı xətləri keçib, Qərbi, Balkan ölkəsinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü təhdid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Aprel 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















