Icma.az
close
up
RU
Almaniya və Polşa ukraynalı gənclərin axınından narazıdır

Almaniya və Polşa ukraynalı gənclərin axınından narazıdır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev 18-22 yaşlı kişilərin Ukraynanı tərk etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra Almaniya və Polşaya axın edən ukraynalı gənclərin sayı kəskin şəkildə artıb.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, Almaniya və Polşa siyasətçiləri yaranan bu vəziyyəti kəskin şəkildə tənqid ediblər. 

Almaniyada kansler Fridrix Mertsin hakim mühafizəkar partiyasının üzvləri xəbərdarlıq edir ki, ölkə ukraynalı qaçqınları qəbul etməyə davam etsə də, gənc kişi miqrantların hərbi xidmətdən yayınması məlum olarsa, ictimai dəstək zəifləyə bilər.

Bundestaqın Xristian Demokratlar İttifaqından olan deputatı Yurgen Hardt isə bildirib ki, ölkəsi ukraynalı gənclərin öz ölkələrini müdafiə etmək əvəzinə Almaniyada vaxt keçirməsində maraqlı deyil:

"Ukrayna öz qərarlarını verir. Lakin son qanunvericilik dəyişiklikləri mühacirət tendensiyasına səbəb olub ki, biz onunla mübarizə aparmalıyıq".

Polşa Sərhəd Xidmətinin məlumatına görə, 2025-ci ilin əvvəlindən avqustun sonunda səyahət məhdudiyyətlərinin yumşaldılmasına qədər 18-22 yaş arası təxminən 45 300 ukraynalı kişi Polşa sərhədini keçib. Sonrakı iki ayda bu rəqəm 98500-ə və ya gündə 1600-ə yüksəlib.

Polşanın ifrat sağçı Konfederasiya partiyası bəyanat yayaraq qeyd edib ki, Polşa öz ölkəsini müdafiə etməli olan minlərlə kişi üçün sığınacaq olmaqda davam edə bilməz, eyni zamanda fərarilik xərclərini Polşa vergi ödəyicilərinin üzərinə köçürməlidir. 

Qeyd edək ki, avqustun sonunda Ukrayna Nazirlər Kabineti 18 yaşdan 22 yaşa qədər olan bütün kişilərin xaricə getməsinə icazə verib. Əvvəllər hərbi vəziyyət dövründə 18 yaşdan 60 yaşa qədər kişilərin ölkədən çıxışı qadağan edilib. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see195

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see183

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see158

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see136

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri