Almaniya və Xorvatiyadan qələbə, Niderland xal itirdi DÇ 2026
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
DÇ-2026-nın sseçmə mərhələ oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün Avropa zonası üzrə 6 qarşılaşma keçirilib.
A qrupunda Almaniya və Slovakiya növbəti qələbələrini qazanıblar. 5 turdan sonra hər iki komanda 12 xala sahibdir. Qrup qalibinin adına son turda bu iki komanda arasında keçiriləcək görüşdə aydınlıq gələcək.
G qrupunda favoritlər - Polşa və Niderlandın qarşıdurmasında qalib aşkarlanmayıb. Bu qrupda da qalibin adı son turda müəyyənləşəcək.
L qrupunda isə qalib müəyyənləşib. Öz meydanında Farer adalarını məğlub edən Xorvatiya qrup liderliyini, avtomatik olaraq mundiala vəsiqəni təmin edib. Bu tur meydana çıxmayan Çexiyanın isə qrup ikincisi olacağı dəqiqəşib.
14 noyabr
A qrupu
Lüksemburq - Almaniya - 0:2
Qollar: Nik Voltemade, 49; 69
Slovakiya - Şimali İrlandiya - 1:0
Qol: Tomas Bobçek, 90+1
G qrupu
Finlandiya - Malta - 0:1
Qol: Cek Qreş, 81
Polşa - Niderland - 1:1
Qollar: Yakub Kaminski, 43 (1:0), Memfis Depay, 47 (1:1)
L qrupu
Cəbəllütariq - Monteneqro - 1:2
Qollar: Liam Jessop, 20 (1:0), Vasilije Adziç, 33 (1:1), Nikola Krstoviç, 42 (1:1)
Xorvatiya - Farer adaları - 3:1
Qollar: David Turi, 16 (0:1), Yosko Qvardiol, 23 (1:1), Petar Musa, 57 (2:1), Nikola Vlasiç, 70 (3:1)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Noyabr 2025 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















