Almaniya XİN: Berlin Ukraynada Rusiyanı hərbi cəhətdən məğlub etmək niyyətində deyil
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlinin Rusiyaya münasibətdə “bir az daha dürüst” olduğunu bildirib. Onun sözlərinə görə, Almaniya artıq Ukraynadakı hərbi münaqişədə Rusiyaya qalib gəlmək məqsədi daşımır. Cənab Vadeful Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Almaniyanın Ukraynada uzaqmənzilli silahların istehsalına icazə verməklə “müharibəyə təhrik etdiyi” barədə bəyanatını da rədd edib.
"Rusiyanın nüvə silahı ilə təslim olması mənasında tam məğlubiyyət gözlənilmir. Bu baxımdan biz indi bir az daha dürüst olduq", - Yohan Vadeful "Suddeutsche Zeitung" qəzetinə müsahibəsində deyib.
Eyni zamanda, nazir vurğulayıb ki, Almaniya və Rusiyanı artıq “açıq-aşkar sülh” mövqeyində olan ölkələr adlandırmaq olmaz. Cənab Vadeful əmindir ki, Moskvaya təzyiqlər sanksiyalar çərçivəsində davam etdirilməlidir.
Mayın 28-də Berlində Almaniya kansleri Fridrix Merts və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlar aparılıb. Görüşdən sonra cənab Merts Almaniyanın Ukraynaya hərbi dəstəyi davam etdirməyə, o cümlədən yeni uzaqmənzilli silahların hazırlanmasına hazır olduğunu təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə yardım üçün təxminən 5 milyard avro ayrılacağını bildirib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 31 May 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















