Almaniya yeni hökumətdən Taurus un Ukraynaya verilməsini tələb edir
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın yeni hökuməti cəld hərəkət etməli və uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya ötürməlidir. Hərbi analitik Niko Lange Almaniyada keçirilən parlament seçkilərindən sonra n-tv kanalına müsahibəsində belə deyib.
O, qeyd edib ki, Avropa təhlükəsizliyinin “bacarıqlı Almaniya federal hökumətinə və mümkün qədər tez bir zamanda” ehtiyacı var.
“Ukraynaya dərindən zərbə endirmək bacarığı lazımdır. Yaxşı olardı ki, yeni federal hökumət İsveç və Gripen qırıcıları ilə birlikdə Ukraynaya "Taurus" qanadlı raketlərini də versin. Rusiyaya təzyiq göstərmək olar və federal hökumət bu işdə kömək etməlidir. Lakin Ukrayna üçün əhəmiyyətli ola biləcək bir çox başqa şeylər də var”, - Lange deyir.
Ekspert bildirib ki, Berlin indi uzaqmənzilli raketləri təhvil verməklə Almaniyanın münaqişənin bir hissəsinə çevriləcəyi və diqqətini “Ukraynaya kömək” üzərində cəmləyəcəyi ilə bağlı “yanlış müzakirəni” kənara qoya bilər.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Fevral 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















