Icma.az
close
up
RU
Almaniyada 200 dək polis əməkdaşı barəsində ekstremizm şübhəsi ilə araşdırma aparılır

Almaniyada 200 dək polis əməkdaşı barəsində ekstremizm şübhəsi ilə araşdırma aparılır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 3 may, AZƏRTAC

Almaniyanın federal əyalətlərində fəaliyyət göstərən 200-ə yaxın polis əməkdaşı barəsində sağçı ekstremizm şübhəsi ilə araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, “Stern” jurnalının və “RTL” telekanalının Almaniyanın 16 əyalətinin daxili işlər nazirliklərinə istinadla yaydığı məlumata görə, hazırda azı 193 polis əməkdaşı barəsində intizam tədbirləri və ya istintaq aparılır.

Şimali Reyn-Vestfaliya, Berlin və Meklenburq-Qərbi Pomeraniya əyalətləri dəqiq rəqəmlər təqdim etmədiyindən real göstəricilərin daha yüksək ola biləcəyi ehtimal edilir. Şimali Reyn-Vestfaliya və Berlin əyalətlərinin müvafiq qurumlarından hazırda təxminən 80 intizam işinin aparıldığı bildirilsə də, bu işləri siyasi kateqoriyalara (“sağ” və ya “sol”) ayırmağın mümkün olmadığı qeyd edilib.

Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman (CSU) məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının nümayəndələrinin azad demokratik əsas qanuna sadiq qalmalı olduqlarını bildirib. Şimali Reyn-Vestfaliyanın daxili işlər naziri Herbert Reul (CDU) isə ekstremist fikirlərin polis sistemində yeri olmadığını və bu düşüncədə olan şəxslərin dərhal uzaqlaşdırılacağını vurğulayıb.

Araşdırmalara əsasən, 2020-ci ildən bəri əyalətlərdə xidmət edən 570-dən çox polis əməkdaşı haqqında bu mövzuda tədbirlər görülüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri