Icma.az
close
up
RU
Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 6 sentyabr, AZƏRTAC

Almaniyanın Yülix şəhərində Avropanın eksaskala səviyyəli ilk superkompüteri - “Yupiter” rəsmi olaraq istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Almaniya Kansleri Fridrix Merts hazırda dünyanın ən güclü dörd superkompüterindən biri olan “Yupiter”in Avropada elmi-texnoloji inkişafa yeni töhfə verəcəyini bildirib. Kansler qeyd edib ki, “Yupiter” Avropa miqyasında pioner layihədir və bu sistem təkcə Almaniyanın deyil, bütün Avropanın süni intellekt və elmi modelləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, “Yupiter”in gücü saniyədə bir trilyondan çox əməliyyat həyata keçirməyə imkan verir ki, bu da təxminən 10 milyon adi noutbukun eyni anda işləməsinə bərabərdir.

Superkompüterin hazırlanması Yülix Tədqiqat Mərkəzinin Superkompüter Mərkəzinə məxsusdur. Layihənin maliyyələşdirilməsinin Avropa Superkompüter Təşəbbüsü (EuroHPC JU), bir hissəsi isə Almaniyanın Federal Tədqiqat, Texnologiya və Kosmik Tədqiqat Nazirliyi ilə Şimali Reyn-Vestfaliya əyalətinin Mədəniyyət və Elm Nazirliyi tərəfindən təmin olunub.

Yeni sistem böyük süni intellekt modellərinin sürətli öyrədilməsi, beyin fəaliyyətinin daha real simulyasiyası, dəqiq iqlim və hava proqnozları kimi müxtəlif sahələrdə yeni imkanlar açacaq. “Yupiter”in istifadəyə verilməsi Almaniyanın süni intellekt üzrə hesablama gücünün 20 dəfə artmasına imkan verəcək. Bu, Avropanın ABŞ və Çin kimi texnoloji nəhənglərlə rəqabət qabiliyyətini gücləndirəcək strateji addımdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri