Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 27 may, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dinslaken şəhərində avtomobilin bir qrup məktəblini vurması nəticəsində iki şagird həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qadın sürücünün idarə etdiyi avtomobil naməlum səbəbdən məktəb yaxınlığında hərəkət zolağından çıxaraq üç şagirdi vurub. Avtomobil zərbənin təsirindən daha sonra yol kənarında park edilmiş üç nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində ağır xəsarətlər alan iki məktəbli ölüb. Digər uşaq isə yüngül xəsarətlər alıb. Avtomobilin sürücüsünün də ağır yaralandığı bildirilir.
Polis və prokurorluq tərəfindən araşdırma aparılır. Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Lakin ilkin məlumata əsasən, hadisənin qəsdən törədilmədiyi ehtimal olunur. Mediada yayılan xəbərlərdə qəzaya sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu qeyd edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 27 May 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















