Icma.az
close
up
RU
Almaniyada Azərbaycanın aqrar sektorunun rəqəmsallaşma təcrübəsi nümayiş olunub

Almaniyada Azərbaycanın aqrar sektorunun rəqəmsallaşma təcrübəsi nümayiş olunub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Köməkçi Orqanlarının 64-cü sessiyası (SB64) çərçivəsində FAST (Food and Agriculture for Sustainable Transformation) Tərəfdaşlığının Açıq Sessiyası və İdarə Heyətinin iclası keçirilib. COP31-ə hazırlıq prosesinin mühüm mərhələlərindən biri hesab olunan tədbirdə hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları və ekspertlər iqlimə davamlı kənd təsərrüfatı və dayanıqlı ərzaq sistemlərinin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və gələcək fəaliyyət prioritetlərini müzakirə ediblər.

Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova “Rəqəmsal transformasiya və süni intellekt tətbiqləri vasitəsilə iqlimə davamlı kənd təsərrüfatının inkişafı” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Azərbaycanın aqrar sektorda həyata keçirdiyi rəqəmsal transformasiya siyasəti, innovativ həllər və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda rəqəmsallaşma, innovasiya, süni intellekt texnologiyalarının tətbiqi, iqlimə davamlı istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Çıxış zamanı E-Aqro rəqəmsal ekosisteminin inkişafı, E-Aqro 2.0 və EKTİS 2.0 platformaları, süni intellekt əsaslı qərar dəstəyi mexanizmləri, FAO ilə əməkdaşlıq çərçivəsində yaradılan Fermer Reytinq Sistemi və kənd təsərrüfatında tətbiqi nəzərdə tutulan 33 süni intellekt istifadə ssenarisi barədə məlumat verilib. Həmçinin FAO və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində nəzərdə tutulan fəaliyyətlər və kənd təsərrüfatında məlumat əsaslı idarəetmənin gücləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verilib.

Sessiyada tərəfdaş ölkələrin nümayəndələri iqlimə davamlı kənd təsərrüfatının inkişafı sahəsində təcrübə mübadiləsi aparıblar. Daha sonra FAST Tərəfdaşlığının İdarə Heyətinin iclasında Azərbaycan həmsədr ölkələrdən biri kimi çıxış edərək Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində görülən işlər, əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat təqdim edib.

İclas zamanı fermerlərin iqlim maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi, qadın və gənclərin dəstəklənməsi, iqlimə davamlı texnologiyaların təşviqi, rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri