Almaniyada bir neçə yaşlı pasiyenti öldürməkdə şübhəli bilinən həkimlə bağlı araşdırma aparılır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 8 iyul, AZƏRTAC
Almaniyanın Şlezviq-Holştayn federal əyalətinin Pinneberq bölgəsində bir neçə yaşlı pasiyentin ölümündə şübhəli bilinən həkimlə bağlı polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, iş ilə bağlı artıq bir neçə meyit ekshumasiya olunub və patoloji ekspertizalar aparılıb. Təhqiqatın ilkin mərhələsində toplanan məlumatların və tibbi ekspertizaların nəticələrinin bir neçə həftə ərzində açıqlanacağı gözlənilir. Hazırda araşdırmanın miqyası və konkret ölüm hallarının sayı açıqlanmayıb.
Məsələnin ciddiliyini nəzərə alaraq kriminal polis tərəfindən xüsusi istintaq qrupu yaradılıb. Rəsmi orqanlar araşdırmanın ilkin şübhəyə əsaslandığını və ittihamların hələ sübuta yetirilmədiyini açıqlayıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 İyul 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















