Almaniyada bomba sığınacaqlarının sayını artırmaq üçün plan hazırlanır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 noyabr, AZƏRTAC
Almaniyanın hakimiyyət orqanları ictimai binaları və şəxsi tikililəri yenidən quraraq mülki insanlar üçün bomba sığınacaqlarının sayını artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, 83 milyonluq ölkədə vətəndaşlar üçün bomba sığınacağı çatışmazlığı var. Almaniyada mövcud olan 579 sığınacaq yalnız 500 minə yaxın insanı yerləşdirə bilər. Buna son 17 ildə sığınacaqların ləğvi ilə bağlı siyasət səbəb olub; belə ki, hakimiyyət orqanları onlara yenidən ehtiyac olmayacağını düşünüb.
Bunkerlər şəbəkəsinin tikintisi xeyli vaxt aparacaq. Plana əsasən, bunun üçün yararlı olan bütün ictimai tikililər, o cümlədən metro stansiyaları, xidmət mərkəzləri, inzibati binalar, eləcə də fərdi yaşayış evləri sığınacaq kimi istifadə olunacaq.
Bundan başqa, hakimiyyət orqanları sakinləri şəxsi mülkiyyətlərində möhkəmləndirilmiş otaqlar tikməyə təşviq edəcək. Hava həyəcanı zamanı insanlara ən yaxın sığınacağın ünvanını göstərən xüsusi mobil proqram hazırlanacaq.
Qeyd edək ki, bir müddət öncə, Almaniya Müdafiə Nazirliyi Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə xüsusi planının olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















