Almaniyada bütün ölkə üzrə qatar səfərləri dayandırılıb
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada radioəlaqə nasazlığı səbəbindən bütün ölkə üzrə qatar xidmətləri dayandırılıb.
Bu barədə Almaniyanın "Deutsche Bahn" dəmiryol şirkətinin sözçüsü DPA agentliyinə məlumat verib.
Məlumata görə, problemin aradan qaldırılması üçün bütün mövcud resurslar səfərbər olunub.
"Deutsche Bahn"ın Direktorlar Şurasının sədri Evelin Palla da bildirib ki, hazırda sərnişinlərin düşə bilməsi üçün qatarların stansiyalara çatdırılması üzərində işlər gedir, daha sonra isə səbəbi hələ tam olaraq bilinməyən problemin həllinə başlanılacaq.
Alman KİV-də yer alan xəbərlərə görə, hazırda bəzi qatarlar stansiyalarda gözləyir, relslərdəki qatarların ən yaxın stansiyalara aparılması üçün səylər göstərilir.
Qeyd olunub ki, ölkə miqyasında baş verən nasazlıqdan təsirlənən sərnişinlərə taksi və hotel kuponları paylanır. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 24 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















