Almaniyada əhalinin məşğulluq səviyyəsi koronavirus pandemiyasından sonra ilk dəfə aşağı düşüb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyada koronavirus pandemiyasından sonra ilk dəfə olaraq əhalinin məşğulluq səviyyəsində artım müşahidə edilməyib.
AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə işləyən əhalinin sayı 46 milyon nəfər olub. Bu, 2024-cü illə müqayisədə 5 min nəfər azdır. Halbuki 2024-cü ildə məşğul əhalinin sayı Almaniyanın 1990-cı ildə yenidən birləşməsindən sonra ən yüksək səviyyədə olub. Bununla da 2021-ci ildən bəri davam edən müsbət tendensiyaya ötən il başa çatıb. Məşğul əhalinin sayının azalması sonuncu dəfə pandemiyanın ilk ilində - 2020-ci ildə qeydə alınıb.
Ötən il istehsal sektorunda məşğul əhalinin sayı kəskin şəkildə (143 min nəfər) azalaraq 7,9 milyon nəfərə düşüb. Tikinti sektorunda da azalma qeydə alınıb. Bu sahədə işləyənlərin sayı 23 min nəfər azalaraq 2,6 milyona enib. Kənd və meşə təsərrüfatında da məşğul əhalinin sayı azalıb.
Bu sahələrdən fərqli olaraq, dövlət qulluğunda, eləcə də təhsil və səhiyyə sahələrində 205 min nəfərlik artım qeydə alınıb. Artımda ən böyük pay səhiyyə sektoruna aiddir. Maliyyə və sığorta xidmətləri sahəsində də məşğul əhalinin sayı artıb.
Məlumata əsasən, məşğul əhalinin sayındakı durğunluğa zəif iqtisadi artımla yanaşı, demoqrafik dəyişikliklər də təsir göstərib. Əmək bazarını tərk edən, sayca çox olan yaşlı nəslin yerini dolduracaq gənc işçi qüvvəsi getdikcə azalır. Bununla yanaşı, xaricdən gələn işçi qüvvəsinin axını davam edir, həmçinin qadınların və yaşlı insanların əmək bazarında iştirakı artır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Yanvar 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















