Almaniyada evlərin və mənzillərin qiymətləri artmaqda davam edir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 23 dekabr, AZƏRTAC
Almaniyada evlərin və mənzillərin qiymətləri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatına görə, bu, qiymətlərin ardıcıl dördüncü rübdə artdığını göstərir.
Üçüncü rübdə qiymətlər ikinci rüblə müqayisədə 1 faiz artıb.
Qiymət artımı ölkənin bütün regionlarında müşahidə olunub. Xüsusilə şəhər ərazilərində fərdi evlər və mənzillər daha çox bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində evlərin qiyməti 2,7 faiz, mənzillərin qiyməti isə 2,8 faiz yüksəlib. Mövcud göstəricilər daşınmaz əmlak bazarında qiymət artımının davam etdiyini göstərir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















