Icma.az
close
up
RU
Almaniyada film kimi soyğunçuluq

Almaniyada film kimi soyğunçuluq

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın “Sparkasse” bankının bir filialında baş verən kütləvi soyğun zamanı 3 min 300 müştəri seyfi talan edilib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlərin böyük əksəriyyətini türk və ərəb əsilli mühacirlər təşkil edir.

İddialara görə, soyğun məqsədli və əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib. Nəticədə mühacirlərin illərlə topladığı vəsaitlər və dəyərli əşyalar yoxa çıxıb.

Bank soyğunundan zərər çəkən şəxslər bildiriblər ki, Almaniya kimi bir ölkədə dövlət bankının bu qədər asanlıqla soyulması anlaşılan deyil:

“Yalnız müştərilərə məxsus seyflər talan edilib, bankın özünə aid əsas seyfə isə toxunulmayıb. Oğrular heç bir maneə ilə qarşılaşmadan bankı tərk ediblər”.

Zərərçəkənlərin sözlərinə görə, hadisədən sonra bank rəhbərliyi onlarla əlaqə saxlamayıb. Dəymiş ziyanın kompensasiya olunub-olunmayacağı barədə isə hələ də rəsmi məlumat verilməyib.Zərərçəkənlər bu filialın məhz soyğun üçün seçilməsinin təsadüfi olmadığını düşünürlər:

“Bu filialın seçilməsi qəsdən edilib. Çünki buradakı seyflərin təxminən 95 faizində xarici vətəndaşların əmanətləri saxlanılır. Bu fakt hüquqi sənədlərdə də açıq şəkildə görünür. Hazırda minlərlə zərərçəkən var və onların arasında cəmi bir alman vətəndaşı mövcuddur. Digərlərinin təxminən 95 faizi türk, 5 faizi isə ərəb mənşəlidir”.

Zərərçəkənlər Almaniya hökumətinin və bank rəhbərliyinin bu hadisəni adi cinayət işi kimi təqdim etməyə çalışdığını, mövcud sistemin isə onların problemlərini həll etmək iqtidarında olmadığını bildirirlər.

Onlar xatırladıblar ki, bank seyfləri yalnız 10 min avroya qədər sığortalayır və əlavə təminat təqdim etmir:

“Dəyərli əşyalarımızı qorumaq üçün banka illik ödəniş edirik. Amma təhlükəsizlik təmin olunmadı. Seyflərimizdə olan əşyaların dəyəri sığorta məbləğindən qat-qat çox idi. Çarəsiz qalmışıq.  Alman mediası və xəbər agentlikləri də bu mövzuda susur”.

Soyğunun peşəkar avadanlıqla həyata keçirildiyi iddia olunur. Bildirilir ki, oğrular bank divarını qazmaq üçün ən azı iki saat vaxt sərf ediblər.

Təxminən 400 millimetr uzunluğunda qazma maşınından istifadə olunub, divarda iki fərqli nöqtədə deşik açılıb. Bir deşiyin qazılması minimum bir saat çəkir.

Bundan əlavə, bu proses zamanı 200–400 litr su, elektrik enerjisi tələb olunur və ən azı 100 desibel səs-küy yaranır. Əməliyyat zamanı böyük miqdarda tozun əmələ gəlməsi də qaçılmazdır.

Bütün bunlara baxmayaraq, nə səs-küyün, nə də titrəyişin hiss edilməməsi, bank siqnalizasiyasının işə düşməməsi və oğruların seyflərin yerini dəqiq bilməsi hadisə ilə bağlı ciddi suallar yaradır.

Qeyd olunur ki, bankdan cəmi 200 metr məsafədə polis bölməsi yerləşir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri