Almaniyada güclü qar və şaxta nəticəsində onlarla yol nəqliyyat hadisəsi baş verib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 24 noyabr, AZƏRTAC
Almaniyada tüğyan edən qarlı-şaxtalı hava şəraiti bəzi əyalətlərdə, xüsusilə ölkənin cənubunda və cənub-şərqində nəqliyyatın hərəkətində ciddi maneələr yaradıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, baş verən yol-nəqliyyat hadisələri nəticəsində azı dörd nəfər həlak olub, onlarla insan xəsarət alıb. Baden-Vürttemberq əyalətində baş verən qəzada bir nəfər həlak olub. Hadisə ilə əlaqədar yolun bir hissəsi bağlanıb. Bavariyada da yolların buz bağlaması nəticəsində zəncirvari qəza baş verib. İki yük və bir binik avtomobilinin toqquşması azı üç nəfərin ölümünə, bir neçə nəfərin xəsarət almasına səbəb olub. Hessen əyalətində də yolların buz bağlaması nəticəsində baş verən qəzada doqquz nəfər xəsarət alıb. Aşağı Saksoniyada hava şəraiti nəticəsində 42 yol-nəqliyyat hadisəsi baş verib.
Şaxtalı hava şəraiti digər əyalətlərdə də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Həmçinin Köln-Bonn hava limanında uçuşlar ötən gün 45 dəqiqəlik dayandırılıb.
Bu gün Berlində, Brandenburq əyalətində və Hamburda ilk qar yağıb və temperatur -5 dərəcəyədək enib. Almaniya Meteorologiya Xidməti (DWD) bildirib ki, bazar ertəsi ölkə üzrə hava qeyri-sabit və soyuq keçəcək. Şərq və şimal-şərqdə qar yağacağı, Şərqi Bavariyada isə bəzi yerlərdə güclü qarın müşahidə olunacağı gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















