Almaniyada hotel yəhudilərlə bağlı ifadəyə görə cəzalandırıldı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyada Bavariyanın Lam icmasında yerləşən "Zum Hirschen" hoteli "Yəhudilər buraxılmır" ifadəsi ilə israilli cütlüyü yerləşdirməkdən imtina edib.
Moderator.az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.
Cütlük İsrailin Münhendəki Baş Konsulluğuna və Booking.com portalının rəhbərliyinə şikayət ünvanlayıb. Sözügedən portal hoteldən bu məlumatın təsdiqini aldıqdan dərhal sonra həmin mehmanxananı özünün bronlaşdırma sistemindən silib.
"Mən ilkin olaraq buna sadəcə inana bilmədim, sarsıldım. Doğrudanmı biz yenidən yəhudilərin içəri buraxılmadığı 1930-cu illərə qayıtmışıq?" - deyə İsrailin Münhendəki baş konsulu Talya Lador-Freşer bəyan edib.
Münhen Prokurorluğu nifrətin qızışdırılması şübhəsi ilə cinayət işi açıb. Mehmanxana nümayəndələri baş verənləri saxta bronlaşdırma dalğası və fişinq cəhdləri ilə izah edərək üzr istəyiblər.
Hotelin meneceri bildirib ki, qalmaqaldan sonra hər gün hədə-qorxu mesajları alır. Menecerin versiyasına görə, o və həmkarları İsraildən olan müştərilərin sorğusunu dələduzluq cəhdi kimi qəbul ediblər.
Mübahisəyə baxmayaraq, israilli cütlük Yuxarı Pfaltsda bir həftə pulsuz qonaq olmağa dəvət edilib.
Baxış sayı:132
Bu xəbər 04 İyun 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















