Icma.az
close
up
RU
Almaniyada icazəsiz yaşayan azərbaycanlılar ölkəyə qaytarıldı

Almaniyada icazəsiz yaşayan azərbaycanlılar ölkəyə qaytarıldı

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 6 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 45 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

News24.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

seeBaxış sayı:67
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri